Bz. Avq 25th, 2019

Putinin Türkiyədə nəhəng qələbəsi

“S-400” zenit-raket kompleksləri ilə əlaqədar yaranmış vəziyyət üzündən Türkiyə NATO-nu tərk edə bilər ki, bu da Rusiya prezidenti Vladimir Putinin nəhəng qələbəsidir.

Turkustan.info xəbər verir ki, Almaniyanın “Focus Online” jurnalının eksperti Tomas Yegerin fiikrincə, Vaşinqton bu hadisəyə Türkiyəyə qarşı sanksiya tətbiq etməklə cavab verəcək, rəsmi Ankara isə bunun əvəzində hərbi-siyasi blokdan çıxa bilər.

“Alyans üçün bu, nəhəng geostrateji itki olacaq”, – Yeger yazır.

Professor qeyd edir ki, bu münaqişənin nəticəsi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın öz siyasi gələcəyi üçün kimi qarant olaraq görməsindən asılıdır. Lakin Ankara radikal addımlara əl atmasa belə, NATO-ya artıq böyük zərbə endirilib.

Türkiyə ilə bu sövdələşmə sayəsində Rusiyanın dünyadakı nüfuzu sürətlə artmaqda davam edəcək, rusiyalı hərbçilər gizli məlumatları əldə edə biləcəklər. Tomas Yeger belə yazır.

ABŞ Türkiyəyə qarşı sanksiyaları niyə ləngidir?

Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiyalar paketi hazırlanır.

Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, Ağ Evdə üç müxtəlif variantda sanksiyalar paketi hazırdır və onlardan birini ABŞ prezidenti Donald Tramp təsdiqləməlidir.

Mənbəyə əsasən, sanksiyaların tətbiqi barədə gələn həftənin sonlarına yaxın elan olunacaq. Buna səbəb iyulun 15-də Türkiyədə 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3 illiyinin qeyd olunmasıdır. Ağ Evdə hesab edirlər ki, sanksiyaların elanının həmin tarixlə üst-üstə düşməsi belə təəssürat yarada bilər ki, ABŞ həmin çevrilişi dəstəkləyir.   /Virtualaz.org/

Paylaş: