Bz. Avq 25th, 2019

“Ən böyük arzum Şuşada…” – Deputatlarımız məzuniyyətlərini harada keçirəcək?

Xəbər verdiyimiz kimi Milli Məclisin (MM) deputatları iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar. 
Maraqlıdır, görən deputatlarımız harda istirahət edəcək.
Turkustan.info bildirir ki moderator.az bununla bağlı deputatlar arasında sorğu keçirib:
 
Millət vəkili Fəzail Ağamalı Türkiyədə və Azərbaycanda istirahət edəcəyini bildirib:
“Təxminən on gün Türkiyədə və sonra da Azərbaycanda istirahət edəcəm. Başqa hələ ki, hansısa ölkəyə getmək planım yoxdur”.
Millət vəkili Fazil Mustafa Xəzərin sahili qədər heç yerdə rahatlıq tapmadığını bildirdi:
“İstirahətimi Azərbaycanda keçirəcəm. Mən Xəzərin sahili qədər heç yerdə rahatlıq tapa bilmirəm. Burda çimərlik futbolu oynayıram və elə indi də futbol oynayıb gəlmişəm”.
 
Millət vəkili Hikmət Babaoğlu da işlərinin çoxluğundan istirahətini Bakıda keçirəcəyini bildirib. H.Babullaoğlu istirahətlə bağlı ən böyük arzusunu da dilə gətirib:
“Bu yayı Azərbaycanda ölkəmizin ən gözəl turizm məkanlarında keçirəcəm. İşlərimiz də çoxdur və xoşbəxtlikdən yay da bu il sərin keçir. Ən böyük arzum isə Şuşada yay istirahəti təşkil etməkdir.
 
Millət vəkili Jalə Əliyeva da istirahətini ölkədə keçirəcəyini dedi: “Heç yerə getmək fikirim yoxdur. İstirahətimi elə Azərbaycanda keçirəcəm”.

Paylaş: