Bz. Avq 25th, 2019

Aqşin Yenisey Elşad Mirini qeyri-səmimilikdə İTTİHAM ETDİ — “Öz övladınızı ABŞ-a oxumağa göndərib…” – FOTO

Tanınmış şair Aqşin Yenisey sosial şəbəkədə yazdığı statusda ilhaiyyatçı Elşad Mirini gəncləri yanlış yönəltməkdə ittiham edib.

Şair ilahiyyatçının gənclərin beynini dinlə yumaqda qınayıb:

“Dostumuz Elşad Miri ilə ANS-dəki debatımız yəqin ki, çoxlarının yadındadır. Mən deyəndə ki, Səudiyyə Ərəbistanında universitet yoxdur, dindar qardaşımız az qaldı studiyanı partlatsın. Bayaq bir dostumuz Mirinin övladının ABŞ universitetlərinin birinə yola salarkən çəkdirdiyi şəkli atıb mənə ki, bu da o debatın axırı. Gənc tələbəyə uğurlar arzu edib demək istəyirəm ki, düzgün seçim edib. Son 500 ildə islam dünyası heç bir yeni ideyaya imza atmayıb, belə görünür heç 500 il bundan sonra da atmayacaq. Sadəcə, öz övladınızı ABŞ-a oxumağa göndərib, başqalarının övladının beynini dinlə yumağa, ən azı, ata olaraq heç birimizin haqqı yoxdur”.

Qeyd edək ki, E.Miri ilə Aqşin Yeniseyin bir neçə il öncə ANS-dəki debatı böyük səs-küyə səbəb olmuşdu. (olke.az)

Paylaş: