C. Avq 23rd, 2019

Sərkisyan sarı şortiklə Almaniyada

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın Almaniyanın Baden-Baden şəhərindəki istirahət görüntüləri yayılıb.

Sərkisyanın görüntüləri Feysbuk səhifəsində yerləşdirilib. Görüntülərdə onun Baden-Badendəki hovuza sarı üzgüçülük formasıyla daxil olduğu bildirilib.

Qeyd edək ki, bu, Sərkisyanın Baden-Badenə ilk səfəri deyil. Erməni mətbuatı iddia edir ki, erməni lider bu şəhəri daha çox kazino və digər xidmətlərindən yararlanmaq üçün seçir.

Sərkisyanın üzgüçülük formasını sarı rəng seçməsi də birmənalı qarşılanmayıb. (axar.az)

Paylaş: