Bz. Avq 25th, 2019

Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Xidmət və Uşaq Şöbələrinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib.

Şəhidlərimizin doğum günləri ilə əlaqədar olaraq keçirilən tədbir uyuduqları son mənzildə- Sumqayıtın Şəhidlər xiyabanında baş tutub.

Tədbiri giriş sözü ilə açan yazıçı Hafiz  İmamnəzərli igidlərimizn həyatı, keçdikləri şərəfli döyüş yolu haqqında geniş məlumat verib.

Sonra polkovnik Raquf Orucov və gizir Seymur Baxışovun ailə üzvləri, döyüş yoldaşları, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova və Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan danışaraq bildirblər ki, Ali baş komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi gün çox da uzaqda deyil və Raquf, Seymur kimi şəhid hərbiçilərimizin qanı yerdə qalmayacaq.

Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göztərən Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərinin ifasında vətənpərvəzrlik mövzusunda şeirlər dinlənilib.

Sonda şəhidlərimizin ailə üzvləri tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: