Ç. Noy 13th, 2019

Azərbaycanın əməkdar artisti 1 aya 30 ev yaran cinayətkar dəstənin “BAŞÇISI” ÇIXDI – VİDEO – FOTO

Əməkdar artist Abbas Bağırov Dilarə Əliyevanın verilişinin qonağı olub.

Müğənni verilişdə illər öncə başına gələn qorxunc bir olaydan danışıb. Bir gün polis idarəsində Abbasa zəng gələrək təcili olaraq ondan idarəyə yaxınlaşmasını istəyiblər.

Müğənni idarədə hansı səbəbə ora çağırıldığını biləndə dəhşətə gəlib:

“Gəldim müstəntiqin otağına. Orada da bir 7-8 nəfər adam oturub, hamısını da qandallayıblar. Mən də gəldim oturdum. Müstəntiq qayıtdı ki, “Tanıyırsınız onu?”. Dedim “Məni başa salın, məni niyə bura çağırmısınız?”.  Qayıtdı ki, “Bu insanlar 30-a yaxın ev yarıblar. Bütün zənglər də bu nömrə ilə həyata keçirilib. Nömrə də sizin adınıza. Bunlar deyirlər ki, bu nömrənin yiyəsi bizim rəisimizdir”. Dedim işlətdikləri telefonu göstərin mənə, göstərdilər. Dedim o telefonu mən bir ay, ay yarım bundan qabaq filan dükana satmışam. Bir aya təsəvvür edin, 30 ev yarıblar. Sonra sübuta yetirildi ki, mənim heç bir əlaqəm yoxdur”.

Abbasın efirdə bu açıqlaması aparıcı başda olmaqla, hər kəsi mat-məəttəl qoyub.

Daha ətraflı videoda:

 

(milli.az)

Paylaş: