Şb. Dek 7th, 2019

Çavuşoğlu Avropa Birliyinə meydan oxudu – 4-cu gəmi də göndəriləcək

“Avropa Birliyinin sanksiya qərarının heç bir əhəmiyyəti yoxdur. Bu qadağalar boş açıqlamalardır”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyinin Ankaraya qarşı sanksiya qərarına münasibət bildirərkən belə deyib:

“Bu qərarlar Kipri razı salmaq üçün atılmış addımlardır. Mənasız mesajlardır. Əhəmiyyəti yoxdur. Orda 3 gəmimiz var. 4-cü gəmini də göndərəcəyik”.

Xatırladaq ki, Avropa Birliyi Aralıq dənizinin şərq hissəsindəki fəaliyyətinə görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək barədə qərar verib.

Sanksiyalar, Ankaraya maliyyə yardımının məhdudlaşdırılmasını, nəqliyyat sazişi ilə bağlı danışıqların təxirə salınmasını əhatə edir. (redaktor.az)

Paylaş: