C. Avq 23rd, 2019

Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasına məktub göndərib.
Turkustan.info xəbər verir ki, bu barədə Azvision-a girovun oğlu məlumat verib.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri yaxın günlərdə zəng edib bu ayın sonu atama baş çəkəcəklərini dedilər. Mən atamın adına məktub yazıb onlara verdim. Atamdan videogörüntü, məktub gətirmələrini istədim. BQXK-nın nümayəndələri bildirdilər ki, atam özü məktub yazmaq istəmir. İki il ərzində atamın ailəsinə, ondan ötrü narahat olan adamlara məktub yazmaq istəməməsi inandırıcı deyil. Yalnız videogörüntü ilə onun sağ olduğuna əmin ola bilərik”.
K.Əsgərov Rusiyada yaşayan azərbaycanlı iş adamlarına da müraciət edib.
“Atam Rusiya vətəndaşıdır. Rusiyada yaşayan iş adamları atamın geri qaytarılmasında köməklərini əsirgəməsinlər. Bu işdə bizə dəstək olsunlar. Atamın taleyinə biganə qalmasınlar”,-deyə o əlavə edib.

Paylaş: