Bz. Dek 8th, 2019

İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü – 6 UŞAQ ANASI

Altı uşaq anası su anbarına düşərək boğulub.

Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə səhər saat 08 radələrində Astaranın Kijəbə qəsəbəsində baş verib.

Belə ki, Dürriyə kənd sakini, 48 yaşlı Ağabacı Məmmədova əri ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq qərarına gəlib.

Bu məqsədlə qadın yaxınlıqdakı Lovayın su anbarına gedib. Həyat yoldaşının gec qayıtmasından narahat olan Bəşir Əzizov anbara yaxınlaşanda A.Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. O, dərhal qadının cansız bədənini sudan çıxarıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə altı nəfər boğulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: