Bz. Sen 22nd, 2019

Jirinovskidən Ərdoğan və Türkiyə ilə bağlı SENSASİON SÖZLƏR

Türkiyə NATO-dan çıxmağa hazırdır.

Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Telegramda fikirlərini paylaşan partiya rəhbəri qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələyə toxunublar:

“Ərdoğanla iki dəfə görüşdüm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu söylədi. Avropa ittifaqına üzv olmaq istəyirlər, ancaq qəbul edilmirlər. Tələbləri ard-arda yerinə yetirirlər, lakin ittifaqa daxil olunmurlar. NATO-ya isə ilk qəbul edilənlərdən oldular. Ona görə ki, yerləşdikləri bölgə Rusiyaya qarşı hərəkət etmək üçün uyğundur”. (publika.az)

Paylaş: