Bz. Sen 22nd, 2019

Xızıda “Qızıl əllər, Şən ürəklər” adlı tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Xızı rayon C.Cabbarlı adına Mədəniyyət Mərkəzi və Xızı MKS-in birgə təşkilatçılığı ilə “Qızıl əllər, Şən ürəklər” adlı tədbir keçirilib.

Əhalinin asudə vaxtlarını səmərəli təşkili məqsədi ilə keçirilən tədbir Xızı rayon Heydər Əliyev parkında baş tutub.

Tədbirdə C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında şən mahnıar səslənib, dərnək üzvlərinin əl işlərindən ibarət sərgisi təqdim olunub.

Xızı MKS-in təqdim etdiyi kitab sərgiləri və oxucuların iştirakı ilə keçirdiyi intellektual oyunlar rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Tədbirdə uşaqlar şeirlər söyləyib, şən musiqi sədaları altında rəqs edib, maraqlı, əyləncəli vaxt keçiriblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: