C. Avq 23rd, 2019

Əhməd Əhmədzadənin rəhbərlik etdiyi quruma atmaca: “Nə özləri adam kimi yaşayırlar, nə də…”+VİDEO

Turkustan.info sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Nəcəfovun Meliorasiya ve Su Təsərrüfatı ilə bağlı tənqidi statusunu və “Yeni Kanal”a müsahibəsini təqdim edir:
“Rüşvətxor məmurlar pisxopat kimidirlər. Nə özləri adam kimi yaşayırlar, nə də sənə imkan verirlər sən adam kimi yaşayasan.
Şəhərdə yaşayırsan dənizi üzünə bağlayırlar, əkin əkirsən suyunu kəsirlər, dana saxlayırsan örüşünü əlindən alırlar, ölmək istəsən də bir adamlıq qebir yeri bir ailənin yaşayış yerindən baha…
Nə isə, vaxtınız olsa qulaq asın. Meliorasiya ve Su Təsərrüfatı ASC yarıtmaz fəailiyyəti haqqında növbəti dəfə həyəcanımızı çatdırmaq istədik. Amma bu təşkilatın rəhbərliyinin oturduğu yumşaq və toxunulmaz kreslosunun altına adiyatı qurumlar su buraxmayana kimi çətin ki əkinçinin əkininə vaxtında su gələ.”

Paylaş: