Ca. Noy 14th, 2019

BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində olub. Rektor Elçin Babayev universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələri və yaxın gələcək üçün planları barədə danışıb. 
Turkustan.info xəbər verir ki, səfir Zoltan Hernyes Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi, bu istiqamətdə görülən işlər və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat verib.
Səfir layihə çərçivəsində hazırlanmış “Gender bərabərliyi və media azadlığı” kursu üzrə kurrikulumu rektora təqdim edib, proqramın hazırlanmasında Jurnalistika və Hüquq fakültələrinin müəllimlərinin iştirakına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası ölkələrində ilk dəfə olaraq həyata keçirildiyini vurğulayan səfir gələcəkdə bu təcrübədən digər ölkələrdə də istifadə olunacağını qeyd edib.
Rektor Elçin Babayev gender bərabərliyinin təşviqində medianın rolunun əvəzsiz olduğunu bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə “Gender bərabərliyi və media azadlığı” fənninin Junralistika fakültəsinin tədris planına salınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Şurasının “Gender bərabərliyi və media azadlığı” layhəsinin rəhbəri Pərvanə Bayramova və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev də iştirak edib.

Paylaş: