Bz. Avq 18th, 2019

Ermənistan Metsamoru bağlayır, amma… – İrəvandan ŞOK AÇIQLAMA

“Rəsmi İrəvan Ermənistanda yeni Atom Elektrik Stansiyasının (AES) tikilməsi üçün Rusiya ilə müzakirələr aparır”.

Bunu Ermənistan baş nazirinin köməkçisi Tiqran Avinyan deyib.

Avinyan Ermənistanın elektrik enerjisinə olan tələbatını ödəmək üçün nüvə enerjisindən imtina etməyəcəyini bildirib:

“Metsamor AES bağlanıldıqdan sonra yeni bir stansiyanın tikilməsini müzakirə edəcəyik”.

Ermənistandakı yeganə AES olan Metsamor paytaxt İrəvan yaxınlığında yerləşir və 1988-ci ildə Spitakda baş verən dağıdıcı zəlzələdən sonra qəzalı vəziyyətdədir.

Azərbaycan, Türkiyə və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi AES-i bağlamaq istəmir. (teleqraf.com)

Paylaş: