Bz. Avq 18th, 2019

Lavrovdan İrəvanın ünvanına ŞANLI MESAJ

Ermənistan Rusiyanın Cənubi Qafqazdakı açar tərəfdaşıdır.

Bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, Ukrayna, Gürcüstan və Ermənistanda baş verən proseslərin Rusiya üçün maraqsız olmadığını bildirib.

Lavrov Rusiyanın Ermənistanla ikitərəfli siyasi dialoq apardığını deyib.

O, həmçinin, Rusiyanın Ermənistanın əsas iqtisadi tərəfdaşı olduğunu da söyləyib.

Qeyd edək ki, ötən gün Rusiya XİN sözçüsü Mariya Zaxarova da Ermənistanın ünvanına səsləndirdiyi xoş sözlərlə gündəmə gəlmişdi. (axar.az)

Paylaş: