C. Avq 23rd, 2019

Nizamülmülk qazdığı quyuya özü düşdü — Bilinməyən TARİXİ FAKT

Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb.

Bu gün oxucularına Nizamülmülk barədə bilinməyən bir tarixi faktı çatdıracağıq. Bu fakt barədə  tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Səlcuqlu dövrü tarixçisi Sədrəddin ibn əl-Hüseyni “Əxbar əd-dövlət əs-səlcuqiyyə” əsərində Səlcuqlu dövlətinin ilk vəziri Amidülmülk əl-Kündurinin öldürülmə səhnəsini çox təsirli şəkildə təsvir edir.

Vəzirin öldürülmə əmrini verən yeni vəzir Nizamülmülk olub. Künduri əvvəlcə ev həbsinə alınıb. Öldürüləcəyini bildiyi an, ailəsi ilə vidalaşıb öz otağına keçib. Sonra Zəmzəm suyunda yuyulmuş kəfəninə bürünüb və cəlladı gözləməyə başlayıb. Cəllad otağına gəldiyində ona belə deyib:

“Nizamülmülk çox pis bir iş gördü, Türklərə vəzir və divan sahiblərini öldürməyi öyrətdi. Kim quyu qazarsa özü də o quyuya düşəcəkdir”.

Bu hadisədən 20 il sonra Nizamülmülk özü də o quyuya düşdü… (olke.az)

Paylaş: