C. Okt 18th, 2019

Qənirə Paşayeva “AMEA-nın professoru” seçildi

İyulun 17-də AMEA Rəyasət Heyətinin iclasında “AMEA-nın professoru” adını almaq üçün seçki keçirilib.

AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən, gizli keçirilən səsvermədə Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Nəticələrə əsasən, 13 nəfər “AMEA-nın professoru” adına layiq görülüb. Onların arasında deputat Qənirə Paşayeva da var.

Qeyd edək ki, “AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib. Seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib. (APA)

Paylaş: