Bz. Avq 18th, 2019

S-400-lərin azərbaycanlı müəllifi: Aşurbəyli kimdir? – FOTO

Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri hazırda bütün dünyanın əsas gündəmidir.
Dünyanın ən yaxşı hava müdafiə sistemi olan, ABŞ istehsalı “Patriot”ları belə kölgdə qoyan S-400 sistemini hazırlayan şəxs azərbaycanlı alimdir.
Rusiya Araşdırmaları İnstitutu İqor Aşurbəyli ilə bağlı Tvitterdə yazıb.

“S-400-lərin müəllifinin türk olduğunu bilirdinizmi? İqor Aşurbəyli, Rusiyanın Azərbaycan əsilli alimidir, S-300 və S-400-lərin müəllifidir”, – tvitdə bildirilir.
İ.Aşurbəyli 1963-cü ildə Bakıda anadan olub. İxtisası mühəndisdir. Əvvəllər Rusiyanın ən gizli sənaye müəssisəsi olan “Almaz-Antey” elmi araşdırmalar şirkətinə rəhbərlik edib. 2016-cı ilə UNESCO tərəfindən nanotexnologiya sahəsində uğurlarına görə medalla təltif edilib. (publika.az)

Paylaş: