Şb. Dek 7th, 2019

SON DƏQİQƏ! Tramp ilk dəfə AÇIQLADI: “Türkiyəyə F-35 satmayacağıq”

ABŞ prezidenti Donald Tramp Türkiyənin ötən həftə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasıyla bağlı Ağ evdə açıqlama verib.

Turkustan.info Türkiyə mediasına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin çox yaxşı olduğunu vurğulayan Amerika prezidneti bu sözləri qeyd edib:

“Türkiyənin bizə olan münasibəti çox yaxşıdır. Lakin hazırda vəziyyət çox qarışıqdır. Obama hakimiyyəti dövründə Amerika Türkiyəyə Patriot raketlərini satmadı. Türkiyə bu raketləri almaq üçün çox çalışsa da, mümkünsüz oldu. Bu səbəblə Rusiyadan “S-400” aldı”.

Donald Tramp bildirib ki, Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini aldıqları üçün Amerika onlara “F-35” satmayacaq:

“Onların hazırki vəziyyətləri çox qarışıqdır. Lakin Amerika olaraq bizim də vəiyyətimiz çətindir. Hazırda bu vəziyyət üzərində çalışırıq. Nələr olacağınız görəcəyik”.    /Redaktor.az/

Paylaş: