Ça. Sen 17th, 2019

Davudoğlu İSTEFASININ səbəblərindən danışdı – ŞOK TƏFƏRRÜAT

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu iradəsindən kənar istefa verdiyini bəyan edib.

Bu barədə Əhməd Davudoğlu “Bir də bunu izlə” verilişində çıxışı zamanı deyib.

“Cənab prezident məndən prezident kimi görünməyimi, amma heç nəyə qarışmamağımı istədi. Bu da məni istefaya doğru apardı. Birgə mübarizədən keçdiyimiz insanlar məni istefaya məcbur etdilər. Almaniya agenti elan etdilər. Ən yaxın dostlarım mənə qarşı imza toplayırdı. Soruşdum ki, mən nə eləmişəm? 8-9 yaşından bu yana həyatımda əsas məqsəd insan yetişdirmək olub”, – deyə Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə əleyhinə heç bir prosesə qatılmayıb: “Mən Ərdoğan olmadan heç vaxt AKP mübahisələrində iştirak etməmişəm, əks halda postlarımdan istefa verməzdim. (teleqraf.com)

Paylaş: