Ça. Sen 17th, 2019

Deputatdan sərhəddəki insidentə REAKSİYA – “Erməniləri susdurmalıyıq”

Ermənilərin Qazax istiqamətindəki təxribatına cavab olaraq Azərbaycan onların daha artıq canlı qüvvəsini məhv etməlidir.

Bu sözləri deputat Fazil Mustafa bu gün Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərinin Ermənisan tərəfindən atəşə tutulması və hərbçimizin yaralanması hadisəsini şərh edərkən deyib.

Millət vəkili geri çəkilməməli olduğumuzu, müharibənin hələ də davam etdiyini xatırladıb:

“Bu səbəbdən biz də onların canlı qüvvəsini məhv etməliyik. Çünki bu, müharibənin qanunlarıdır. Hələ də müharibə gedir. Heç bir dəyişiklik baş verməyib ki, bu məsələdə geri çəkilmək mümkün olsun. Döyüş bölgəsində hər zaman belə hadisələr olacaq. Biz çalışmalıyıq ki, onların canlı qüvvəsini məhv edək. Əsas məsələ budur”.

F.Mustafa əlavə edib ki, sərhəd və ya başqa yer olmasına baxmayaraq ermənilər işğalçı siyasətlərini davam etdirirlər:

“Müharibə davam etdiyi üçün ermənilər niyə bizə atəş açıblar deməyimiz düzgün deyil. Biz daha çox onları susdurmalıyıq”.

Deputat əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin yenidən sərhəd döyüş məntəqələrinə hücum etmələri gözləniləndir. (oxu.az)

Paylaş: