Ça. Sen 17th, 2019

“Gürcülərə, ermənilərə Qafqazda dövlət yaradılmasına icazə verilməsi böyük səhvdir” – politoloq

“Qeyri-humanist səslənsə də, bəzi xalqlara müstəqillik verilməsi doğru deyil”.

Bunu politoloq Nəzakət Məmmədova deyib.

Politoloq fikirlərini belə əsaslandırıb ki, həmin xalqlar beynəlxalq münasibətlərdə xaos, anarxiya mənbəyidir:

“Onlar müstəqil dövlətləri olmasından, sərəncamlarında dövlət resurslarının olmasından sui-istifadə edərək, ətraf aləmə, başqa qonşulara problem yaradırlar. Təbiətdə yırtıcı heyvanlar olduğu kimi, cəmiyyətdə də nəhəng imperiyaların olması o baxımdan düzgündür ki, müstəqil dövləti olub onu idarə edə bilməyən, dövlət resurslarından qonşulara, digər dövlətlərə qarşı istifadə edən barbar təfəkkürlü xalqları öz çətiri altına toplayıb onların təcavüzkarlıqlarının qarşısını alsın. 

Meşədə yırtıcılar vəziyyəti tənzimlədiyi kimi cəmiyyətdə də böyük dövlətlər kiçiklərin ipini yığmalıdır ki, cızıqdan çıxmasınlar. 1918-ci ildə Paris Sülh Konfransında gürcülərə, ermənilərə Qafqazda dövlət yaradılmasına icazə verilməsi böyük səhv idi.

Əvvəla, onların sayı azdır, dövlətlərinin olması zərurəti yoxdur. Digər tərəfdən həmin dövləti idarə etməyə dövlətçilik təcrübələri yoxdur. Bu, özünü indi də göstərir, onlar qonşulara ərazi iddiası ilə çıxış edirlər, işğal və təxribatla məşğuldurlar, olduğumuz bölgədə destruktiv fəaliyyətə rəvac verirlər. Yaxşı ki, çeçenlər ruslarla müharibədə məğlub oldular, onlara imkan verilmədi ki, dövlət qursunlar. Yoxsa, Qafqazdakı erməni və gürcü şovinizminə bir də çeçenlər əlavə olardı”.

Politoloq onu da vurğulayıb ki, banditlərə silah verilməsi çox təhlükəlidir:

“Nə olursa-olsun, Rusiyanın onlara həddini bildirməsini çox təqdir edirəm. Putin gürcülərə nə edirsə, düz edir! Burada beynəlxalq hüquq, beynəlxalq münasibətlər nəzəriyyəsindən böyük şərh verə bilərəm. Humanizm, xalqların suverenliyi və s. Lakin tarixi təcrübə göstərir ki, bunlar mənasız söz yığınından başqa bir şey deyil. Zatən beynəlxalq siyasətdə ən real nəzəriyyə elə “Morgentaunun Realpolitik” nəzəriyyəsidir”. (cebhe.info)

Paylaş: