Ça. Sen 17th, 2019

NATO-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: “Qəbul edilməyəcək”

“Türkiyə S-400-dən daha qiymətlidir”.

Turkustan.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Aspen İnstitutunun illik təhlükəsizlik konfransına qatılan baş katib Türkiyənin Rusiyadan S-400 müdafiə kompleksləri ilə bağlı danışarkən bildirib ki, bir NATO müttəfiqi kimi Türkiyə bir razılaşmadan daha üstündür: “Türkiyənin NATO-ya faydası və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən çox daha dərin və genişmiqyaslıdır. S-400 məsələsini alçaltmıram, amma bir NATO müttəfiqi kimi Türkiyə S-400-dən daha dəyərlidir. Necə bir müdafiə sistemi alacağına ölkənin özü qərar verir. Lakin NATO üçün əhəmiyyətli olan şey bu sistemlərin NATO sistemləri ilə uyğunlaşdırılmasıdır. Türkiyənin aldığı müdafiə sistemləri NATO-nunkulara inteqrasiya edilməyəcək. Çünki bu sistemlər bir yerdə işləyə bilməz. Türkiyə də belə bir tələb göndərməyib”.

S-400-ə sahib olduqdan sonra Türkiyənin alyansdan çıxması məsələsinin gündəmə gəlməsi ilə bağlı danışan Stoltenberq qeyd edib ki, heç bir müttəfiq bunu tələb etməyib: “Türkiyə əhəmiyyətli NATO müttəfiqidir. Heç bir müttəfiq bu məsələni gündəmə daşımayıb. Çünki görürük ki, bir-birimizə bağlıyıq”.  /Publika.az/

Paylaş: