Ça. Sen 17th, 2019

Ötən il Azərbaycanda 11 123 nəfərdə bədxassəli şiş aşkarlanıb, onlardan 103-ü uşaqdır – STATİSTİKA

2018-ci ildə Azərbaycanda 11 123 nəfərdə bədxassəli şiş aşkar edilib.

Turkustan.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəlik aşkarlananlardan 5 468 nəfəri kişi, 5 655 nəfəri isə qadındır. 

Məlumatda yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb. Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4 836 nəfəri 40-59, 5 300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır. 

Məlumata əsasən, bədxassəli şişlərdən 1 211-i mədə, 1 341-i traxeya, bronx və ağciyər, 1 799-u süd vəzisi, 201-i ağız boşluğu və udlaq, 426-ı qida borusu, 216-ı  qırtlaq, 589-u isə düz bağırsaqda, onunla siqmavari bağırsaq birləşməsində, anusda aşkarlanan şişlərdir.

Səhiyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə yenitörəmələrdən ölənlərin sayı 8 718  nəfər olub. Onlardan 4 927 nəfərini kişilər, 3 791 nəfərini isə qadınlar təşkil edib.

Paylaş: