Bz. Avq 25th, 2019

Paşinyan səfirlərə ciddi tapşırıq verdi… – Biz niyə Yəhudi lobbisindən istifadə edə bilmirik?

Erməni lobbisinin ciddi hərkətliliyinə baxmayaraq Tramp adminstrasiyası onları yaxına buraxmır.

Politoloq Məhəmməd Əsədullazadə Ermənistanın hazırda ABŞ-da 3 ayrı-ayrı nümayəndə heyətinin olmasının, o cümlədən Ermənistan Müdafiə naziri Tonoyanın ötən gün ABŞ səfiri ilə görüş keçirməsinin səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, Paşinyanın apardığı siyasət birbaşa ABŞ-ın geosiyasi maraqlarına qarşı olaraq regionda Rusiya və İranın maraqlarına xidmət edir:

“ABŞ-ın Ermənistanla bağlı siyasəti inqilabdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq birmənalı olaraq qalıb. ABŞ-dan vəd olunan işğalıçıya maliyyə yardımı və siyasi dəstək verilmir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində İrəvanda Paşinyan iqtidarına ünvanladığı mesaj hələ də aktuallığını saxlayır. Ancaq Vaşinqtonun İrəvandan gözlədiyi siyasət reallaşmır. Bir tərəfdən Paşinyana qarşı daxili siyasi sabitliyin kövrək olaraq qalması, iqtisadi sferada geriləmə, mümkün xarici yardımların alınmaması və ABŞ-ın Paşinyanı Ağ Evə dəvət etməməsi Ermənistan hakimiyyətində ciddi şəkildə narahatlıq doğurur. Proseslər bu istiqamətdə davam edərsə, Paşinyanın siyasi dayaqaları zəifləyəcək”.

Politoloq qeyd edib ki, Paşinyan demokratik imicinin hesabına ABŞ və Avropadan şərtsiz maliyyə yardımları və siyasi dəstək almasına şərait yaradacağını düşünürdü:

“Amma, gözlənilənin tam əksi oldu. ABŞ və Brüssel Paşinyanı tam bir siyasi kurs həyata keçirərək qonşularla normal münasibətlər qurmağa çağırdı”.

Politoloq vurğulayıb ki, Ermənistanın ABŞ-da olan 3 ayrı-ayrı nümayəndə heyəti Vaşinqtondan tam siyasi dəstək almaq, maliyyə yardımları reallaşdırmaq və Qarabağla bağlı status-kvonun qorunmasına kömək istəmək məqsədi ilə oradadır:

“Paşinyanın bu siyasi planı Vaşinqton tərəfindən birmənalı şəkildə dəstək almayacaq. Çünki, Ağ Evin əsas istəyi Boltonun verdiyi mesajına uyğun olaraq Qarabağ münaqişəsinin həllini tezləşdirmək və Rusiyanın bu ölkədə mövqeyini zəiflətməkdir. Paşinyan siyasi gediş edərək ABŞ-ı öz məkrli planına daxil etmək istəyir. Ancaq ABŞ Paşinyanın Qarabağ məsələsində konstruktiv addımını görməsə, real siyasi dəstək verməyəcək. Çünki, Vaşinqtonun regionda güclənməsi əsasən Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllindən asılıdır. Məhz xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra təmas xəttində Azərbaycanın işğalçıya təzyiq etməməsi Vaşiqntonun Ermənistandan müəyyən gözləntilərindən ibarətdir”.

M. Əsədullazadə vurğulayıb ki, erməni rəsmilərinin Vaşinqton görüşündə çox ciddi müzakirələr aparılacaq:

“Dünən Paşinyan da xarici ölkələrdə olan səfirləri İrəvanda toplamışdı. Nikol səfirlərə ciddi tapşırıqlar verəcək. Çünki, səfirlərin Qarabağ klanı ilə əlaqələri var. Bu da Kremllə birbaşa əlaqə deməkdir. Paşinyanın bu addımı daxili siyasi vəziyyəti nəzarətdə saxlamaq üçün səfirlərin mümkün şəkildə daxili siyasi partiyalarla mümkün əlaqələrini kəsməyə hesablanıb. Qarabağ klanına qarşı mübarizə istiqamətində, həmçinin xaricidə ölkənin demokratik imicinin formalaşdırlmasında, maliyyə ayrılmasında səfirlərə ciddi tapşırıqlar veriləcək”.

Politoloq bildirib ki, Paşinyanın ABŞ siyasəti fiaskoya uğrayacaq, onun Qarabağla bağlı manipulyasiya siyasəti yeni gərginliyə yol açacaq:

“ABŞ-da erməni lobbisi Ağ Evə yaxın buraxılmır. Təəssüf ki, bundan Azərbaycan tərəfi kifayət qədər yararlanmağı bacarmır. Tramp Adminstrasiyası ilə daha cəlbedici əməkdaşlıq qura bilərik. Erməni lobbisi bizim əlaqələrimizi zəiflədə bilməyəcək. Həmçinin Yəhudi lobbisi ilə əlaqələrimizin yüksək səviyyədə olmasına baxmyaraq, biz bu imkandan da istifadə edə bilmirik. Yəhudi Lobbisi Tramp üzərində böyük təsirə malikdir”. (redaktor.az)

Paylaş: