Ca. Dek 12th, 2019

Paşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”

“İrəvanla Bakı arasında “qaynar xətt” işləyir, lakin bu, qurbanların olmayacağına zəmanət vermir”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, hazırda danışıqlarda konkret nəticələrin əldə olunması üzərində iş gedir.
“Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərdə mən vəziyyəti təsvir edib, tərəqqinin olmamasını izah etmək istəyəndə deyirəm ki, bir səbəb var. Mən Ermənistanın baş naziri seçilərkən bildirdim ki, Qarabağ məsələsinin həlli üçün elə variant lazımdır ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qənaətbəxş olsun. Bu, müəyyən mənada misli görünməmiş bəyanatdır. Ermənistanın heç bir rəhbəri deməmişdi ki, həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır. Kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünə bilər. Kim belə düşünürsə, o, nə Qarabağ xalqını, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır”, – Paşinyan bildirib. (publika.az)

Paylaş: