Ça. Sen 17th, 2019

Pentaqona AĞIR ZƏRBƏ: Türkiyə bu sahədə liderdir

(151224) -- SHANGHAI, Dec. 24, 2015 () -- An aerial photo taken on Oct. 6, 2015 shows a pentagon-like building in Shanghai, east China.(Xinhua/Zhu Yushuai) (dhf)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400 sistemləri almasına görə F-35 layihəsindən çıxarılması üçün prosesin başlandığını açıqlayıb. Pentaqonun açıqlamasında yer alan bir məqam diqqət çəkib. Açıqlamada Türkiyənin proqramdan çıxarılması ilə ABŞ-ın da milyonlarla dollar zərər görəcəyi qeyd olunub.

Bu barədə türk mediası Türkiyənin proqramdan çıxarılmasının ABŞ-a 500-600 milyon dollar zərər vuracağını yazıb.

“Türkiyə bu qərarına görə iş imkanlarını və iqtisadi fürsətləri itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollarlıq bir itki olacaq. Türkiyə NATO-nun yaxın müttəfiqi olmağa davam edir və hərbi əməkdaşlığımız güclüdür. Türkiyə ilə çoxşaxəli əməkdaşlığımız F-35 ortaqlığının da sərhədlərini aşır. Türkiyənin proqramdan çıxarılması 500-600 milyon dollara başa gələcək. Hazırda Türkiyənin proqramdan çıxarılması ilə meydana gələcək detal əskikliyini doldurmağa köklənmişik”, – ABŞ-dan bildirilib.

“Yeni Akıt”ın məlumatına görə, Türkiyədə F-35 proqramı çərçivəsində 937 adda detal istehsal olunur. Bu detallar Türkiyənin qabaqcıl təyyarə, kosmik və müdafiə sənaye obyektlərində istehsal edilir.

“Bu detallar hər nə qədər xaricdən təmin edilə bilsə də, Türkiyə bu bazarda tək və lider mövqedədir”, – nəşr yazıb. (axar.az)

Paylaş: