Bz. Avq 25th, 2019

“Qarabağda ermənilərin tikdikləri evlər BOMBARDMAN EDİLSİN” – Partiya sədrindən çağırış

“Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının “Dövlət müdafiəsi haqqında” qanuna etdiyi dəyişikliyə görə sərhədləri pozan mülki təyyarələri vurmaq qadağan edilir. Bu dəyişiklik  Xankəndindən qeyri – qanuni uçuşlar təşkil edən qondarma respublikaya əlavə imkanlar verir”. 

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Partiya sədri Qarabağda ermənilərin məskunlaşma üçün tikdiyi evləri və sosial obyektləri bombardman etməyi təklif edib:

“Bu gün hava məkanına və uçuşlara nəzarət etmək imkanımız yoxdursa, demək, sabah düşmən hərbi yükləri də sərbəst daşıya biləcək. Bir dəfə iqtidara bu mövzuda çağırış etmişdim, bir daha səslənirəm: İşğal olunmuş Azərbaycan torpaqlarında qeyri – qanuni məskunlaşma üçün Ermənistan tərəfi evlər və sosial obyektlər tikir. İşğal olunmuş kəndlərimizdə məskunlaşmanı sübut edən çoxlu video materiallar nümayiş etdirilir. Tikilən evlərə insanlar məskunlaşdırılmamış həmin ərazilər dərhal bombalanmalıdır – beynəlxalq hüquq da, atəşkəsi nizamlayan “Bişkek protokolu” da Azərbaycana bu haqqı tanıyır. Sabah gec olacaq. Bir gün məskunlaşma həyata keçirilən ərazilərdə hərbi əməliyyatlar da qadağan ediləcək. Məskunlaşmaya qarşı hansısa effektiv təsir imkanımız yoxdursa, tək çarəmiz hərbi təyyarələrimizə qalıb. Qarabağı gözümüz görə-görə düşmənə verməyək, ya hamımız şəhid olaq, ya da torpaqları azad edək”.  (cebhe.info)

Paylaş: