C. Avq 23rd, 2019

Rusiya bu ölkəyə hücum planlaşdırıb: “Bircə zərbə ilə…” – İDDİA

İsveç öz ərazisinə mümkün Rusiya təcavüzündən narahatdır. 

Söhbət Hotland strateji adasından gedir.

Bu barədə  “Gazeta Wyborcza” nəşri yazıb.

Məlumata görə, Rusiya Ukraynaya təcavüzdən əvvəl İsveçə müdaxilə planlaşdırıb. Hücumun 2013-cü ildə baş verəcəyi gözlənilib. Məqsəd Ukraynanı Baltik dənizində rəqabətdən kənarlaşdırmaq olub.

Məqalə müəllifinin yazdığına görə, Rusiyanın strateji bombardmançıları Hotland adasını bir zərbə ilə məhv etməyə qadirdir: “Ümumiyyətlə, Rusiya Baltikdə tez-tez təxribatlar törədir”.

Xatırladaq ki, bundan əvvəl mətbuatda İsveç ordusunda Rusiyadan gələ biləcək mümkün hücumun qarşısını almaq üçün təlimlər keçildiyinə dair məqalələr dərc olunmuşdu.  (cebhe.info)

Paylaş: