Ça. Sen 17th, 2019

S-400-lə bağlı ABŞ-ı qəzəbləndirəcək YEKUN AÇIQLAMA: “2023-cü ildə…”

Rusiya Hindistana S-400 hava hücumundan müdafiə sisteminin tədarükünü 2023-cü ilin aprelində yerkunlaşdıracaq.

Bunu Hindistanın müdafiə nazirinin birinci müavini Şripad Naik deyib.

Hindistanda yayımlanan “Economic Times”ın xəbərinə görə, Naik bu barədə parlamentdə çıxış edib. Rusiya ilə razılaşmanın 5 oktyabr 2018-ci ildə imzalandığını xatırladan birinci müavin təyin olunan vaxta qədər tədarükün başa çatacağını qeyd edib.

Xatırladaq ki, Rusiyadan S-400 alan ilk ölkə Çin olub. Son olaraq Türkiyə və Hindistan bu sistemlərdən əldə etmək üçün Rusiyanın qapısını döyüb.

Qeyd edək ki, ABŞ S-400 sistemlərinin Asiya ölkələrindən istifadə edilməsindən narahatdır. (publika.az)

Paylaş: