Ça. Sen 17th, 2019

Suriyanın şimalında “Ozanyan qrupu” təlim keçir, Qarabağa da keçə bilər – ERMƏNİSTAN ASALA-NI YENİ ADLA DİRÇƏLDİR

İndiyə qədər PKK-ya silah və maddi dəstək verən Ermənistan hazırda ASALA terror təşkilatını yeni adla dirçəltməyə başlayıb. Turkuastan.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriyanın şimalındakı Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi, Nubar Ozanyan adını daşıyan erməni yaraqlı qruplaşması getdikcə böyüməkdədir. Bu qruplaşmanın qərargahından yeni görüntülər sosial şəbəkələrdə yayılıb və məlum olur ki, “Ozanyan qrupu” qərargahında Ermənistan bayrağını asıb.

“Ozanyan qrupu” əvvəlcə suriyalı ermənilərdən ibarət olmaqla 90 nəfərlik batalyon kimi formalaşıb. Lakin hazırda qrupun tərkibində 500-dən çox yaraqlı var və briqada şəklində formalaşdırılıb. Qruplaşmanın Türkiyə ilə sərhəd Kamışlı, Resulayn, Amude, Tel Abyad, Aynularab bölgələrində mövqe tutacağı bildirilir.

Həmin qruplaşma erməni terror təşkilatı ASALA-nın davamçısı hesab edilir. Suriya müharibəsi zamanı uzun illərdir bu bölgədə yerləşdiirlmiş ermənilər qruplaşmaya daxil olub. Minlərlə suriyalı erməni isə Ermənistana köçüb, onlardan bir hissəsi Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilib. Suriyada yaradılan erməni qruplaşmasına Ermənistandan hərbi və maddi dəstək verilir. Ermənistan öz hərbi təlimatçılarını qruplaşmaya təlim keçmək üçün bölgəyə göndərib.

İstisna deyil ki, Ermənistanın həmin qruplaşmaya dəstək verməsi gələcəkdə “Ozanyan qrupu”nun Qarabağda irimiqyaslı müharibə zamanı istifadə olunması planları ilə əlaqəlidir. Bəlli olduğu kimi 90-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinin tərkibində Suriyadan və Livandan gəlmiş çoxsaylı muzdlu ermənilər də döyüşürdü, onlar azərbaycanlılara qarşı xüsusi amansızlıqları ilə fərqlənirdi.

Türkiyə qaynaqları qeyd edir ki, Ermənistan PKK-ya birbaşa dəstək verir, öz ərazisində və işğal altındakı Qarabağda PKK düşərgələri yaradıb. 2016-cı ilin aprelində Qarabağda gedən dördgünlük müharibə zamanı İraqın Qəndil və Suriyanın Qamışlı bölgələrindən PKK-kürd birləşmələri Ağrı dağı üzərindən Ermənistana keçmişdi. 400 nəfərlik həmin qrup Sevan (Göyçə) gölü ətrafındakı Vardenis düşərgəsində yerləşdirildikdən sonra erməni könüllüləri adı altında Qarabağa, təmas xəttinə göndərilmişdi.  /Virtualaz.org/ 

Paylaş: