Bz. Avq 25th, 2019

TRT-nin bir qrup əməkdaşı rus səfirinin qətlinin görüntülərini yayması səbəbilə saxlanıldı

Rusiyanın Türkiydəki səfiri Andrey Karlovun qətlinin TRT-də yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində bir qrup mətbuat üzvü saxlanılıb.

Türkiyə mətbuatı yazır ki, prokurorluğun keçirdiyi əməliyyat nəticsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.

Onlardan 5-i TRT-nin əməkdaşıdır.

Qeyd edək ki, buna bənzər hadisə bir neçə dəfə də yaşanıb.

TRT-də yayımlanan”Sevda quşun qanadında” serialının 15-ci bölümündə səfir Karlova təşkil olunan sui-qəsdə bənzəyən səhnələr yer alıb. Serilanın bu bölümü isə izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı.

Xatırladaq ki, səfir Andrey Karlov 2016-cı il Türkiyədə təşkil oluna “Rusiya türklərin gözü ilə” sərgisində iştirakı zamanı qətlə yetirilib.

Hadisəni törədən Mövlüd Mərd Altındaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Yaşanan hadisəni provakasiya adlandıran Putinin qənaəti ilə həmfikir olan prezident Rəcəb Tayyib Ərdoğan səfirin qatilinin Mərd Altındaş adlı polis əməkdaşı olduğunu təsdiqləyib və bu qətldə FETÖ-nün məqsədinin Rusiya və Türkiyə arasına nifaq salmaq olduğunu bildirib. (musavat.com)

Paylaş: