C. Avq 23rd, 2019

Türk diplomatlarına hücumun arxasında kim dayanır?

ürkiyənin “Pəncə” əməliyyatı ilə Qəndildən başlayıb Menbiçə qədər uzanan terror koridorunu parçaladığı, digər terror düşərgələrinə əməliyyat hazırladığı, İraqla yaxınlaşmanın artdığı bir vaxtda Ərbildə “mesaj”larla dolu bir hücum təşkil edildi. İraqın şimalında yerləşən Ərbildəki restoranlardan birində yemək yeyən türk konsulluq əməkdaşları silahlı hücuma məruz qaldı. Diplomatları güllələyən 3 terrorçu konsulluğun əməkdaşı Osman Köseni şəhid etdi.

Bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.

“Hücum saat 14:10 radələrində yaşandı. İddialara görə, 2 konsulluq əməkdaşı Ərbilin ən təhlükəsiz yerlərindən sayılan Ankavada yerləşən və türklərin tez-tez ziyarət etdiyi “Huqqabaz” adlı restorana daxil olub. Onların ardınca restorana girən 3 terrorçu türk diplomatlarına və yan masada əyləşənlərə atəş açıb. Qatillər hadisə yerindən onları gözləyən maşına minərək qaçmağa müvəffəq olub.

Hücumdan dərhal sonra bölgədəki təhlükəsizlik kameraları nəzarətə götürülüb. Ərbilin bütün giriş-çıxışları bağlanıb. Hücumun arxasında PKK-nın ola biləcəyi şübhəsi ilə Ərbilə təxminən 100 kilometr məsafədə yerləşən “Mahmur” düşərgəsinə gedən yollar da bağlanıb.

Ankara-Bağdad-Ərbil arasında rezonans doğuran hücumun əsas şübhəlisi PKK və dəstəkçisi ABŞ-dır. Məlumata görə, hələ hücuma qədər Şimali İraqdakı türklərə PKK hücumlarına qarşı xəbərdarlıq edilib”, – nəşr qeyd edib. (axar.az)

Paylaş: