Bz. Avq 25th, 2019

Türkiyə səfiri TUMİB İdarə Heyəti uzvlərini qəbul etdi – FOTOLAR

TUMİB – in İdarə Heyətinin uzvlərini Türkiyə Cümhuriyyətinin Bakı’dakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral qəbul edib.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyindən Turkustan.info-ya verilən məlumata görə səfir Erkan Özoralla görüşdə bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında qardaşlıq, təhsil və mədəni əlaqələrini daha da qüvvətləndirmək və inkişaf etdirmək üçün TUMİB -in gələcək perspektivlər müzakirə olunub.

Habelə, Türkiyənin müxtəlif universitetlərindən məzun olmuş azərbaycanlıların qardaşlıq əlaqələrinin möhkəmlənməsində strateji önəmi vurğulanıb. Eyni zamanda TUMİB-in gələcək fəaliyyətləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda TUMİB – in sədri Çingiz Bayramov və Dr.Aydın Talışinski qəbul üçün qardaş ölkənin səfirinə təşkilat adından təşəkkürünü bildirib.

 

Paylaş: