C. Avq 23rd, 2019

Zelenskinin komandasından Putinə ŞOK TƏKLİF

Ukrayna prezidentinin komandası Rusiya prezidenti Vladimir Putin ilə görüşmək istəyir.

Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Sergey Şerif deyib.

“LB.ua” saytına açıqlama verən Şerif bildirib ki, addımlarını atdıqlarını göstərirlər: “Stanitsiya Luqanska əsgər göndərdik. Körpü qurmaq istəyirik. Minsk prosesinə yenidən start verdik. Bununla yanaşı, dövlət başçısı da görüşlərə hazır olduğunu bildirir”.

Şerif qeyd edib ki, Rusiya da görüşlərlə maraqlanır. Çünki Donbasda yaşayan ruslar böhrandan təngə gəliblər. (publika.az)

Paylaş: