Bz. Sen 22nd, 2019

ABŞ gəmisi İran aparatını vurdu

Fars körfəzində İranın pilotsuz uçan aparatı vurulub. Aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi vurub.

Turkustan.info xarici KİV-ə istinadən bildirir ki, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp deyib.

Prezident bildirib ki, pilotsuz aparat dərhal məhv edilib. Aparat vurulduğu zaman gəmidən 900 metr məsafədə olub.

Tramp pilotsuz aparatın ABŞ gəmisi üçün təhlükə yaratdığına görə vurulduğunu deyib.

İran tərəfi isə Trampın sözlərini təkzib edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərif  pilotsuz aparatın vurulmasına dair xəbərin doğru olmadığını bildirib.

Paylaş: