Bz. Sen 22nd, 2019

ABŞ-ın tarixi biabırçılığı: demə, İran təyyarəsini vurmayıbmış, özünün… – Hər şey ÜZƏ ÇIXDI

İran Hörmüz boğazında pilotsuz uçuş aparatını itirməyib.

“Fars” agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın açıqlamasını şərh edən İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

O, ABŞ-ın yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurduğunu deyib.

“Hörmüz boğazında və ya başqa bir yerdə pilotsuz uçuş aparatı itirmədik. “USS Boxer” gəmisinin yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurması ehtimalından narahatıq”, – o qeyd edib.

Daha əvvəl isə İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif İrana aid pilotsuz uçuş aparatının vurulduğuna dair məlumatın olmadığını açıqlamışdı.

Xatırladaq ki, Donald Tramp ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisi Hörmüz boğazında İranın pilotsuz təyyarəsini vurduğunu bildirib. ABŞ prezidenti qeyd edib ki, pilotsuz təyyarə Hörmüz boğazında Amerika gəmisinin təxminən 900 metrliyində idi. Onun sözlərinə görə, təyyarə ABŞ gəmisi üçün təhlükə təşkil edirdi.

Tramp həmçinin başqa ölkələri öz gəmilərini müdafiə etməyə çağırıb. (publika.az)

Paylaş: