Şb. Dek 7th, 2019

Bakıda daha bir biabırçı çörək sexi – İYRƏNC MƏNZƏRƏ – FOTO

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb.

AQTA-dan verilən məlumata görə, sözügedən sex Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 98 ünvanında yerləşir və Ələkbər Zahid oğlu Qəmbərova məxsusdur.

Qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Baxış zamanı müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də çörəklər temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.

Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir-qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Paylaş: