Be. Avq 19th, 2019

Eldar Mansurovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

Azergold QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur.

O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.

A.Mansurov həmçinin, bu ilin yanvarında AzRe Təkrarsığorta ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyd edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura Azericard MMC, ABB və Azerinvestservice MMC kimi tanınmış qurumlar daxildir.

Eldar Mansurovun daha bir oğlu – Ülvi Mansurov da bank sahəsində çalışır.

Paylaş: