Şb. Dek 7th, 2019

Türkiyə NATO-dan çıxarılır və… – Trampın son sözləri ilə HÜCUMA KEÇDİLƏR

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmaq üçün düyməni basmasının ardınca prezident Donald Tramp üzərində təzyiq artır.

Respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları tətbiq etməyə çağırıblar.

Məlumata görə, Florida ştatından olan senator Risk Skott və İndiana ştatından olan Todd Youngin Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə turan qanun layihəsini Senata təqdim ediblər. Qanun layihəsində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ABŞ-ın təhlükəsizlik maraqlarına “birbaşa və dəhşətli bir təhdid” olaraq xarakterizə edilir.

Qanunvericilər Tramp administrasiyanı “Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə” (CAATSA) qanunu çərçivəsində sanksiyaları tam tətbiq etməyə çağırıblar. Həmçinin Rusiyanın ABŞ-a təşkil etdiyi təhdidin müzakirə edilməsi və Türkiyənin NATO-ya üzvlüyü üzərində düşünülməsi üçün NATO-nun toplantının keçirilməsi çağırışı qanun layihəsində yer alıb.

Bundan başqa, Senat Xarici Əlaqələr Komitəsinin demokrat üzvlərindən Bob Menendez Türkiyənin F-35 proqramından çıxarılmasının kifayət etmədiyini bildirib. Senator prezident Trampın CAATSA çərçivəsində Türkiyəyə sanksiyalar tətbiq etməyəcəyi halda Senata Vaşinqton rəhbərliyini buna məcbur edən qanun layihəsi təqdim edəcəyini söyləyib.

Qeyd edək ki, CAATSA ABŞ prezidentindən 12 sanksiyadan beşini seçməyi tələb edir. Bunlara vizaların məhdudlaşdırılması, ABŞ-da yerləşən İxrac-İdxal Bankına girişin qadağan edilməsi, ABŞ maliyyə sistemi ilə əməliyyatların qadağan edilməsi və ixracat lisenziyalarının ləğvi kimi sanksiyalar daxildir.

Lakin bu qanunda sanksiyaların tətbiqi üçün konkret cədvəl nəzərdə tutulmur. Yəni, Tramp bu sanksiyaların müddətini gecikdirə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı ötən gün iki fərqli açıqlama verib. O, ilk açıqlamasında sanksiyaların tətbiqini düşünmədiyini deyib. İkinci açıqlamasında isə Türkiyə mövzusunda Barak Obama administrasiyasının səhv etdiyini vurğulayan Ağ Evin başçısı “Çox çətin bir vəziyyətdir. İndi nə edə biləcəyimizə baxırıq. Hələ qərarımızı elan etmədik” söyləyib. (publika.az)

Paylaş: