Bz. Avq 18th, 2019

Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir – FOTO

Bu gün xalq artisti, aktyor-rejissor Ramiz Əzizbəylinin doğum günüdür.

Sənətkar çoxsaylı təbriklər aldığını bildirib və hər kəsdən razılığını ifadə edib. Onun sözlərinə görə, Birinci Vitse-prezident Mehriban Əliyeva onun mənzilini təmir etdirir:

“İndi müvəqqəti mənzillə təmin edilmişəm, öz mənzilimizdə təmir gedir. Təmiri Mehriban xanım Əliyeva etdirir. Ona dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki,  R.Əzizbəyli 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 2008-ci ildə isə  xalq artisti fəxri adlarına layiq görülüb. Ötən ilin avqust ayının 1-də isə “Şöhrət” ordeni ilə təltif edilib. Sənətkara rejissoru olduğu “Bəxt üzüyü” filmi böyük şöhrət qazandırıb. (olke.az)

Paylaş: