Şb. Sen 21st, 2019

“O Səs Türkiyə”də hər kəsi səsi ilə riqqətə gətirən çoban qoyunlarını satdı – VİDEO

Bir neçə il əvvəl “O Səs Türkiyə” mahnı yarışmasına Acun Ilıcalının dəvəti ilə qatılan məşhur çoban Pərvin Səfərov qoyunlarını satıb.

Pərvin Səfərov sözləri Rüfət Sabirliyə, musiqisi ifaçıya məxsus olan “Sənə möhtacam” adlanan yeni mahnısına klip çəkdirib. O, açıqlamasında bildirib ki, qoyunlarını yeni təqdim etdiyi layihəsi üçün satmağa məcbur olub:

“Həm mahnının, həm də klipin ərsəyə gəlməsi üçün qoyunları satmağa məcbur oldum. Xərclərini qarşılayacaq sponsor tapa bilmədim. Qoyunları satdığım üçün əlbəttə ki, təəssüfləndim. Onlar mənim sevimli qoyunlarım idi. Amma bəzən uğur qazanmaq üçün hansısa dəyərləri qurban vermək məcburiyyətində qalır insan.

Bütün sevənlərimdən xahiş edirəm ilk işimi izləyərək və paylaşaraq dəstək olsunlar ki, hər zamankı kimi uğurlarımda onların da payı olsun”.

Müğənni bildirib ki, çəkilişlər Bakı və İsmayıllıda aparılıb. Klipin bütün ideyası isə ifaçının özünə məxsusdur.

Azərbaycan Milli Konservatoriyasında təhsil alan ulduz qeyd edib ki, kənd həyatı üçün darıxır: “Hazırda tətildir, imtahanları müvəffəqiyyətlə başa vurdum. Hərdən məclislərdə çıxış edirəm, işlərim normaldır. Təbii ki, şəhər mənimçün çox yorucudur, xüsusilə yaz-yay aylarında kəndin dadı başqadı, darıxıram”. (publika.az)

Paylaş: