C. Sen 20th, 2019

Prezidentin kürəkəninin şok görüntüləri yayıldı: o avtomobildə… – VİDEO

Özbəkistan prezidentinin kürəkəni Otabəy Umarov yol hərəkəti qaydalarına məhəl qoymayaraq, özünün “Tesla” markalı avtomobili ilə Daşkənd küçələrində saatda 200 kilometr sürətlə şütüyüb. 

Bununla bağlı videonu “Azadlıq” radiosunun özbək redaksiyası paylaşıb.  Belə ki, Otabəy Umarov bir neçə saniyəyə maşının sürətini 200 km/saata çatdırır. Sonradan o, yolda zolaqları ayıran xətlərin üstündən keçir və aqressiv şəkildə digər avtomobilləri ötməyə başlayır.

Bir neçə saniyəlik prezidentin kürəkəninin sifəti salonu göstərən güzgüdə əks olunur. Bütün yol boyu o, mobil telefonunu əlindən buraxmır. Çəkilişin bir anında isə o, əlini maşının lyukundan çıxarır və yolu yuxarıdan aparır.

Bildirilir ki, Otabəy Umarov Özbəkistan prezidenti Şövkət Mirziyoyevin kiçik qızı Şahnozanın həyat yoldaşıdır. Eyni zamanda, o, prezidentin mühafizə xidmətinin rəhbərinin birinci müavini və ölkənin triatlon federasiyasının sədridir.

Qeyd edək ki, kadrlar Umarovun “Instagram” səhifəsinin “stories” bölümündən götürülüb. Sonradan prezidentin yaxın qohumu bu videonu sosial şəbəkədən silib. (unikal.org)

Paylaş: