C. Sen 20th, 2019

Senatorlar Ağ Evə toplaşır – Türkiyə müzakirəsi

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaları müzakirə etmək məqsədilə respublikaçı senatorları Ağ Evə dəvət edib.

Turkustan.info-nun məlumatına görə, qərb mətbuatı iddia edir ki, görüş gələn həftənin ikinci günü, saat 16:00-da keçiriləcək.

“Vaşinqton Post” qəzeti senatorların Ağ Evə dəvət edilməsini özündə əks etdirən dəvətnamələrin sürətini yayıb. ABŞ prezidenti adından senatorlara göndərilən dəvətnamədə mövzu “Türkiyəyə sanksiyalar” şəklində göstərilib.  /Teleqraf.com/

Paylaş: