Bz. Avq 18th, 2019

Türk ordusu hərəkətə keçdi – Ərbil qisası

Şimali İraqda Türkiyə konsulluğunun əməkdaşlarının terror hücumu ilə öldürülməsinə Türk Silahlı Qüvvələri özünəməxsus cavab verir.

Türk qırıcıları ikinci dəfə Şimali İraqdakı PKK terror təşkilatının hədəflərinə 20-dən çox bomba atıb.

Əməliyyat geniş və əhatəli olub. Qırıcılar Türkiyə sərhəddindən 180 kilometr aralıda yerləşən və PKK-nın insan resursları qaynağı hesab olunan Mahmur kampanın yerləşdiyi bölgəni hədəf alıb.

Bu hücum Ərbildə şəhid edilən türk konsulluğunun diplomatı Osman Kösenin ölümündən sonra ikinci əməliyyat olub. Qeyd edək ki, iyulun 17-də türk qırıcılar PKK-nın 10 hədəfini vurmuşdu.

Qeyd edilir ki, gecə yarısı başlayan əməliyyata 14 ədəd F-16 və F-4 2020 model qırıcılar qatılıb. Onlar Türkiyənin yerli istehsalı olan NEB adlı lazer bombalarını terrorçuların hədəfinə atıb. (teleqraf.com)

Paylaş: