Bz. Avq 18th, 2019

Harri Keyn elə yerdən qol vurdu ki… – VİDEO

Beynəlxalq Çempionlar Kubokunda mübarizə davam edir.

Turkustan.info xəbər verir ki, “Tottenhem” “Yuventus”la qarşılaşıb.

Görüş londonluların 3:2 hesablı qələbəsi ilə bitib.

Oyuna damğa vuran isə hesab 2:2 olarkən matçın sonuna artırılmış dəqiqələrdə Harri Keynin vurduğu qol olub.

Belə ki, İngiltərə millisinin forvardı mərkəz xəttindən möhtəşəm zərbə ilə komandasına qələbə qazandırıb.

Qeyd edək ki, 13 komandanın iştirak etdiyi Beynəlxalq Çempionlar Kubokunda turnir cədvəlinə 6 xalla “Arsenal” başçılıq edir.

/Oxu.Az/

Paylaş: