Ca. Avq 22nd, 2019

Ağ Kitabda türklərlə bağlı ŞOK SÖZLƏR: Onların könüllü seçimi…

İslam uyğurların (Uyğurlar əsasən Çində yaşayan türkdilli xalqdır, dilləri Altay dilləri ailəsinin türk dili qrupuna aiddir, islam dininə sitayiş edirlər –red.) könüllü seçim deyildi, bu, dini müharibələrin nəticəsi oldu.

“RİA-Novosti” xəbər verir ki, bu sözlər Çin Xalq Respublikasının Dövlət Şurasının press-dəftərxanası tərəfindən dərc edilmiş Ağ Kitabda deyilir.

“Sintzyana islamın keçməsi Ərəb xilafətinin çiçəklənməsi və islamın qərbdən şərqə yayılması ilə bağlıdır. İslam uyğurların könüllü seçimi deyildi, dini müharibələrin nəticəsi idi”, – sənəddə deyilir.

Vurğulanır ki, bu məcburiyyət uyğurların islama inanmaq hüququna hörməti dəyişmir, ancaq bu tarixi faktdır.

“İslam uyğurların qədim və tək dini deyil”, – Ağ Kitabda deyilir. (publika.az)

Paylaş: