Şb. Sen 21st, 2019

Qazaxıstan Rusiyanın ağuşuna qayıdır? – Latın əlifbasından İMTİNA

Nursultan Nazarbayevin istefa verməsindən sonra başlanan siyasi dəyişikliklər Elbaşının prezidentliyi dövründə qəbul edilmiş qərarlara da təsir göstərməyə başlayıb.

ABŞ mediası Qazaxıstanda latın əlifbasına keçid prosesinin dayanmasından yazıb: “Rusiyanın “İzvestiya” qəzetinin reportajına inansaq, Qazaxıstanda latın əlifbasına keçid təxirə salınıb. Qazaxıstan Xarici İşlər Nazirliyində adının çəkilməsini istəməyən mənbənin açıqlamasına görə,qısa müddətdə kiril əlifbasından latına keçid üçün dərc olunmuş sonuncu variant 2025-ci ildən 2035-ci ilə qədər təxirə salına bilər”.

Mənbə əlifba dəyişikliyi müddətinin dəyişdirilməsini prosesin daha ağrısız olması ilə izah edib.“65 yaşdan yuxarı əhalinin böyük əksəriyyəti latın əlifbasını lazımi səviyyədə yaxşı bilmir”-deyə, diplomatik mənbə bildirib. 

Xatırladaq ki, kirilldən latın əlifbasına keçid planı 2017-ci ilin oktyabrında prezident Nursultan Nazarbayev tərəfindən qəbul edilib. Yeni qaydalara əsasən, qazax dilində nəşr olunan rəsmi sənədlər, jurnallar və kitablar yalnız latınca nəşr olunacaq.

“Nazarbayev bunun ölkənin daha uğurlu inkişafına imkan verəcəyini iddia edirdi. İslahatın digər tərəfdarları bildirirdilər ki, bu addım Qazaxıstanı qlobal intelektual cəmiyyətə yaxınlaşdıracaq və ölkənin müasir informasiya texnologiyalarının tələblərinə daha asan uyğunlaşmasına kömək edəcək. Bununla yanaşı, bəzi rus şovinistləri bütün bunları Qazaxıstanın Moskvanın mədəni təsir dairəsindən çıxarılmasına yönəlmiş bir sui-qəsdin parçası olduğunu danışırdı” – ABŞ-ın “EurasiaNet” saytı belə qeyd edir. 

Bununla yanaşı, yeni əlifbaya keçid problemsiz ötüşmədi. Əvvəlcə qanunvericilərə 25 işarədən ibarət əlifba variantına baxmağı təklif etdilər. Qazaxıstanın hazırda istifadə etdiyi kiril əlifbasında isə 42 hərf var. O zaman, bu varianta dair baş verən ictimai müzakirələrin əksəriyyətini gözardı edən Nazarbayev gözlənilmədən 32 hərfdən ibarət latın əlifbası versiyasını imzaladı və məmurlara 2025-ci ilə qədər bu əlifbaya tam keçidi təmin etməyi tapşırdı. 

Lakin ikinci latın versiyası bir neçə aydan sonra Nazarbayevin qərarını yenidən nəzərdən keçirərək başqa bir variantı təsdiqlədi və 32 hərfdən ibarət olan, apostrofların fəal şəkildə istifadə edilməsi üçün çoxlu sayda əhəmiyyətli fərqə məruz qaldı. O zamandan bəri, küçələrdə və hökumət binalarında yeni latın əlifbası ilə yazılar görünməyə başlayıb. Noyabr ayından köşklərdə hökumət tərəfindın maliyyələşdirilən və latın əlifbası ilə nəşr olunan “Til-Qazyna” qəzeti satışa çıxıb. Lakin əksər mətbuat orqanları, o cümlədən dövlət nəşrləri kiril əlifbasını saxlayır. 

Bununla yanaşı, əlifbanın sonuncu versiyası da fəal şəkildə tənqid olunub və bəzi dilçilik mütəxəssisləri onu yenidən nəzərdən keçirmək fikrindədir.   /Cebhe.info/

Paylaş: