Bz. Avq 18th, 2019

Tonoyan Azərbaycan və Ermənistan arasında operativ əlaqədən danışdı

Dağlıq Qarabağda qoşunların təmas xəttinin və Ermənistan-Azərbaycan sərhədinin bəzi sahələrində gərginlik müşahidə olunur, lakin vəziyyət nəzarət altındadır.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan deyib.

Onun sözlərinə görə, bununla belə, narahatlığa əsas yoxdur.

Nazir xatırladıb ki, insidentlərin aradan qaldırılması üçün tərəflər arasında rabitə əlaqəsi qurulub. Söhbət ötən il Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə edilmiş razılaşma üzrə operativ əlaqədən gedir.

D.Tonoyan qeyd edib ki, operativ əlaqə qısaca belə işləyir: insident baş verir, tərəflərdən biri yoxlayır, sonra qarşı tərəfi xəbərdar edir, sonuncu tədbirlər görür.

Nazir bu prosesi olduqca müsbət hesab edir.   /oxu.az/

Paylaş: