C. Avq 23rd, 2019

Zelenskinin partiyası qələbəni təmin edib – Parlament seçkiləri

Ukraynada parlament seçkilərində bülletenlərin çoxu sayılıb.

Turkustan.info Anadolu agentliyinə istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi “Xalqın xidmətçisi” partiyası  42 faizdən çox səs toplayıb. İkinci yerdə olan rusiyameyilli “Həyat uğrunda – müxalifət platforması” partiyası 12 faiz səs toplayıb.

Keçmiş prezident Pyotr Poroşenkonun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyasına 8 faiz seçici etimad göstərib. İlkin nətəcilərə görə Krım Tatarlarını təmsil edən Krımoğlu da parlamentə iştirak edə bilər.

Qeyd edək ki, parlamentdə 5 faizlik səddi aşan partiyalar təmsil oluna bilərlər.   /Redaktor.az/

Paylaş: